AZ

KİV: “Ukrayna itirdiyi əraziləri geri qaytarmaq fikrindən daşınacaq”

Ukrayna rəhbərliyi münaqişənin həllinin mümkün yollarını müzakirə etməyə başlayıblar. Bu ssenariyə görə, Ukrayna itirilmiş əraziləri geri qaytarmaq əzmindən əl çəkəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya nəşri Der Spiegel yazıb.

“Biz inanırdıq ki, qələbə Rusiyanın qeyd-şərtsiz təslimi olmalıdır. Lakin güzəştlər olmadan bu mümkün olmayacaq. Müqavilə Rusiya üçün də faydalı olmalıdır”, - məqalədə deyilir.

Nəşrin adı açıqlanmayan ukraynalı müsahibi onu da etiraf edib ki, ABŞ-ın növbəti prezidentinin kim olmasından asılı olmayaraq, Ukraynaya dəstəyin tempi azalacaq: 

“Ukrayna hərbçilərinin əhval-ruhiyyəsi narahatlıq doğurur və vətəndaşlar artıq döyüşmək istəmirlər. Müharibənin ədalətsizliyi bir cəmiyyəti parçalaya bilər”.

Bizim.Media

Seçilən
48
bizim.media

1Mənbələr