Bakı Trend:
Azərbaycan Respublikasının Milli Məclisi 2024-cü il oktyabrın10-da Niderland Krallığı Parlamenti Nümayəndələr Palatasının qəbuletdiyi iki qətnaməni Azərbaycanı əsassız olaraq hədəf alan vəCənubi Qafqaz regionunda real vəziyyəti təhrif edən qərəzli siyasiaktlar kimi qətiyyətlə rədd edir və pisləyir. Yalan və saxtaməlumatlar üzərində qurulan bu qətnamələr heç də sülhə, sabitliyəvə konstruktiv dialoqa kömək göstərmir, əksinə, yaxın tarixə və bugünümüzə aid faktları, beynəlxalq hüququn normalarını vəprinsiplərini, regionda qalmaqda olan çağırışları gözardı edənqeyri-obyektiv və birtərəfli yanaşmanı ortaya qoyur.
Trend xəbər verir ki, bufikirlər Azərbaycan Respublikası Milli Məclisinin həmin qətnamələrəmünasibətində yer alıb.
Qeyd olunub ki, Azərbaycan ərazisində ağır cinayətlərtörətməkdə, o cümlədən terrorizm, separatizm, qəsdən adamöldürməəməllərində və beynəlxalq humanitar hüququn digər ağırpozuntularında təqsirləndirilən şəxslərin “erməni hərbi əsirləri”kimi qələmə verilərək azadlığa buraxılmasının tələb edilməsiqanunun aliliyi prinsipinə açıq hörmətsizlikdən başqa bir şeydeyildir və terrorizmin kökünün kəsilməsi, sülh və insanlıqəleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsisəylərini sarsıdır.
Erməni mədəni irsinin guya talan edilməsi barədə saxtaittihamların irəli sürülməsi isə Azərbaycan torpaqlarınınErmənistan tərəfindən 30 illik işğalı dövründə xalqımızın mədəni,dini və tarixi sərvətlərinin dağıdılmasına və mənimsənilməsinə gözyumulması və bunların ört-basdır edilməsi kampaniyasının tərkibhissəsi və davamıdır. Azərbaycan mədəni irsinin sistemli şəkildəməhv edilməsinə səssiz qalan Niderland Parlamenti NümayəndələrPalatasının Azərbaycana qarşı həyata keçirdiyi növbəti ədalətsizsiyasi aksiya dərin təəssüf doğurur.
“Azərbaycan Respublikasının Milli Məclisi bunu da bildirməyizəruri sayır ki, sözügedən qərəzli qətnamələrin Niderlandın xariciişlər naziri Kaspar Veldkamp tərəfindən rəğbətlə qaşılanması vəmüdafiə edilməsi Niderland hökumətinin Cənubi Qafqaz dövlətləribarəsində siyasətində seçmə yanaşmaya əsaslandığını nümayişetdirir, doğma yurdları işğal edilmiş, etnik təmizləməyə, insanlıqəleyhinə cinayətlərə, o cümlədən soyqırımı aktlarına məruz qoyulmuşazərbaycanlıların əzablarını etiraf etmək əvəzinə ErmənistanRespublikasının Azərbaycana qarşı ərazi iddialarına etinasızlıqgöstərilməsindən və bu iddiaların üstüörtlü şəkildədəstəklənməsindən ibarət olan dövlət siyasəti yeritdiyini bir dahaaçığa çıxarır.
Əslində, bu bizim üçün təəccüblü deyildir. Niderlandınmüstəmləkəçilik keçmişi Asiya, Afrika və Amerikanın çoxsaylıxalqlarının əsarət altına alınması və istismar edilməsi, onlaraqarşı törədilən cinayət faktları ilə zəngindir. Müstəmləkəimperiyasını qəddar taktikanın köməyi ilə genişləndirən Niderlandhəmişə mənfəəti insan hüquqlarından üstün tutmuşdur. Niderlandıninkişafında müstəmləkə əsarətində olan ölkələrin millisərvətlərinin talan edilməsinin böyük payı olmuşdur. Bu gün dədünyanın müxtəlif xalqlarını asılı vəziyyətdə saxlayan Niderlandınöz müstəmləkəçilik tarixinin ağır nəticələrinin aradanqaldırılmasına səy göstərdiyini bəyan etməsi riyakarlıq kimiqiymətləndirilməlidir.
Azərbaycan Respublikasının Milli Məclisi Niderland ParlamentininNümayəndələr Palatasını, eləcə də bu ölkənin rəhbər vəzifəlişəxslərini Cənubi Qafqaz bölgəsində sülh və sabitlik yaradılmasısəylərinə mane olan hərəkətlərə son qoymağa çağırır. Biz NiderlandKrallığı da daxil olmaqla, bütün dövlətlərlə konstruktiv dialoqu vəəməkdaşlığı dəstəkləyirik, lakin bu cür dialoq və əməkdaşlıqqarşılıqlı hörmətə və faktların vicdanlı etirafına əsaslanmalıdır”,- deyə Milli Məclisdən bildirilib.