AZ

Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirdi

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev 36 saylı Xətai-Suraxanı seçki dairəsinin ərazisində seçicilərlə görüş keçirib.

ƏHD Partiyası mətbuat xidmətinin yaydığı məlumata görə, oktyabrın 12-si saat 11:00-da keçirilən görüşdə 25 seçici iştirak edib.

Seçicilər görüşdə kanalizasiya və su xətlərinin sıradan çıxdığına görə, zirzəmilərin su ilə dolduğunu və sanitar-gigiyenik normaların pozulduğunu diqqətə çatdırıblar.

Daha sonra sakinlər yaşadıqları ərazinin qış aylarında çox soyuq olduğundan, binalara istilik verilməsinin noyabrın 1-dən aprelin 30-dək olan dövrü əhatə etməsinin təmin olunmasını xahiş ediblər.

Seçilən
58
4
publika.az

6Mənbələr