AZ

Barış Alper Yılmaz və Kaan Ayhan düşərgədən ayrılıb

"Qalatasaray" klubunun iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Monteneqroya qalib gəldikləri (1:0) III tur matçında zədələnən Barış Alper Yılmaz və sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Kaan Ayhan düşərgədən ayrılıb. Qeyd edək ki, Türkiyə millisi oktyabrın 14-də İslandiyanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Seçilən
71
ikisahil.az

1Mənbələr