AZ

Azərbaycanda müğənni və prodüseri qəzaya düşdü - Fotolar

Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız (Şəlalə Nicat) idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb. vakansiyalar

Nəticədə sürücü və avtomobildə olan prodüser Hüseynov İlkin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, müğənni və onun prodüseri Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
85
49
yenisabah.az

10Mənbələr