AZ

“MilliÖn”, “m10” bredləri ilə tanınan şirkətin əmlakı zədələnib

"Pashapay" MMC-yə məxsus əmlak zədələnib.

 

Pravda.az-ın xəbərinə görə, Nizami Rayon Məhkəməsində Nəriman Mehdiyevin sədrliyi ilə oktyabrın 22-də vətəndaş Fərzəliyev Elvin (ad şərti-red) Mahir oğlu barəsində tərtib olunan İnzibati Xətalar Məcəlləsinin 232-1-ci (Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür) maddəsinə əsasən tərtib olunan protokola baxılacaq.

 

Zərərçəkmiş kimi "Pashapay" MMC göstərilir.

 

Qeyd: “PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyəti 29 aprel 2022-ci ildə FinTex şirkəti kimi yaradılıb. Şirkətin Bakı və Moskvadakı ofislərində 440-dan çox əməkdaş çalışır. PashaPay IT, məhsul inkişafı, marketinq, analitika və s. sahələrdə yüksək təcrübəyə malik beynəlxalq komandaya malikdir. PashaPay, MilliÖN ödəmə sisteminin əsasında qurulub. 2022-ci ilin iyul ayında PashaPay yeni m10 mobil tətbiqini təqdim edib. m10 mobil tətbiqi elektron pulqabı nümunəsidir. Şirkətin İdarə Heyətinin sədri Məmmədov Samir Sabir oğluludur.

 

Xəyal Quliyev

Tarix: 12 Oktyabr 2024, 18:17   
Seçilən
30
pravda.az

1Mənbələr