AZ

“Ürəyim gedir” - Qardaşı onu Bakıya çağırdı, burada gördüklərindən şoka düşdü

“Bakı üçün ürəyim gedir, möhtəşəm şəhərdir”.

“Şamaxı”nın hücunçusu Leroy Mikels Sportinfo.az-a açıqlamasında ölkəmizlə bağlı təəssüratlarını bölüşüb.

“Sabah”dan tanıdığımız Coy-Lens Mikelsin kiçik qardaşı olan Leroy əsasən Şamaxıda yaşasa da, ara-sıra Bakıya səfər edir, yorğunluğunu burada çıxarmağa çalışır.

Bu müddətdə qardaşı ilə vaxt keçirmək imkanı da qazanır.

29 yaşlı nigeriyalı vaxtilə Bakı haqda çox eşidib. Lakin paytaxtımızı bu dərəcədə gözəl təsəvvür etmirmiş:

“Açığı, gördüklərim məni təəccübləndirdi. Çünki bu dərəcədə müdhiş olduğunu təsəvvür etmirdim.

Coy hər dəfə danışanda, çox da ciddiyə almırdım. Deyirdi, bir gün gəl gör, qayıtmaq istəməyəcəksən.

Ən çox xoşuma gələn Azərbaycandakı hava şəraiti və buradakı yeməklərdir. Daim gülüb-danışıram, zarafat edirəm, çünki hər şey ürəyimcədir”.

Bölgə təmsilçisinin almaniyalı vingeri cari mövsümdə meydana çıxdığı 6 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Seçilən
42
sportinfo.az

1Mənbələr