AZ

Harris səhhəti ilə bağlı tibbi hesabat açıqlayıb

Harris səhhəti ilə bağlı tibbi hesabat açıqlayıb

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçkilərdə qalib gələrsə, dövlət başçısının məsuliyyətlərinin öhdəsindən gəlməyə imkan verəcək səhhəti barədə hesabat yayıb.Bu barədə Reuters agentliyi məlumat yayıb.Harrisin həkimi Coşua Simmons sənəddə bildirib ki, Harris prezidentin, o cümlədən icraçı direktor, dövlət başçısı və baş komandanın vəzifələrini uğurla yerinə yetirmək üçün lazım olan fiziki və əqli möhkəmliyə malikdir.59 yaşlı ABŞ vitse-prezidenti ən son müayinəsini aprel ayında keçirib. Hesabatda qeyd olunur ki, Harris məşğul iş qrafikinə baxmayaraq, sağlam qidalanmağa üstünlük verir və aktiv həyat tərzi keçirir. Siyasətçi ancaq mövsümi allergiyadan əziyyət çəkib.Bundan başqa, ABŞ-ın vitse-prezidenti siqaret çəkmir və spirtli içkiləri normada qəbul edir.Agentlik qeyd edib ki, Harrisin sağlamlıq hesabatını dərc etməsi belə bir sənədi ictimailəşdirməkdən imtina edən ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın davranışı ilə ziddiyyət təşkil edir.

Seçilən
33
50
afn.az

10Mənbələr