AZ

FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunub (VİDEO)

Bakı. Trend:

İntensiv yağan yağışlar nəticəsində Hacıqabul şəhərinin bəziərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmayaməruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynartelefon xəttinə məlumatlar daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatlarla əlaqədarFHN-in Mülki müdafiə qoşunlarının qüvvələri dərhal zəruri vətəxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlbolunub.

Hazırda Nazirliyin qüvvələri tərəfindən subasmaya məruz qalmışərazilərdən suyun çəkilərək kənarlaşdırılması, bəzi köməksizvəziyyətdə qalan vətəndaşların təxliyəsi və digər zəruritəhlükəsizlik tədbirləri həyata keçirilir.

Seçilən
57
10
az.trend.az

10Mənbələr