AZ

"Milan" Premyer Liqadan futbolçu transfer edir

"Kristal Pelas"ın futbolçusu İsmaila Sarr karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Milan" seneqallı vingeri transfer etməyi planlaşdırır. Bu barədə "La Gezeetta Dello Sport" nəşri məlumat yayıb.

İtaliya nəhəngi 26 yaşlı vingeri 2025-ci ilin yanvar ayında heyətinə qatmaq istəyir. Bu keçidin "Milan"a 15 milyon avroya başa gələcəyi bildirilir.

Qeyd edək ki, "Kristal pelas" İsmaila Sarrı mövsümün əvvəlində "Marsel"dən transfer edib. Seneqal millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda qol və ya assistlə yadda qalmayıb.

saytlarin hazirlanmasi

Seçilən
28
sportal.az

1Mənbələr