AZ

Foqts onu millidə çağırmışdı, indi II Liqada “at oynadır” - VİDEO

II Liqada altıncı tur geridə qalıb.

Çempionatda ilk mövsümünü keçirən «Şimal» Siyəzəndə «Dinamo»nu qonaq edib.

Fasiləyədək qapılara qol vurulmayıb. Amma...

Mahmud Bağırzadə “Şimal”a simpatiya bəslədiyini tez büruzə verib.Baş hakim 17-ci dəqiqədə Valeh Seyidova qarşı cərimə meydançası daxilində edilən aşkar kobudluğa göz yumub.

Fasiləyədək hər iki komandanın ifasında qarşılıqlı hücumlara şahidlik etsək də, ikinci hissədə Xaçmaz təmsilçisi üstünlüyü tamamilə öz əlinə keçirib.

“Xəzər Lənkəran”dan tanıdığımız, vaxtilə Berti Foqtsun milliyə də cəlb elədiyi Tural Cəlilov 49-cu dəqiqədə hesabı açıb.

Sabir Əlişanın qolu da pis alınmayıb. Matçda son iki qol Pərviz Azadovdan gəlib.

Qonaqların təsəlli qoluna Valeh Seyidov imza atıb. Klubun İdarə Heyətinin sədri Yaşar Seyidovun oğlu penaltini dəqiq yerinə yetirib.

SPORTİNFO.AZ

“Şimal” – “Dinamo” 4:1
Qollar:
Tural Cəlilov, 49; Sabir Əlişan, 63; Pərviz Azadov, 77, 90 // Valeh Seyidov, 84 (pen)
Siyəzən şəhər stadionu. 70 tamaşaçı
Baş hakim: Mahmud Bağırzadə
Baş hakimin köməkçiləri: Anar Bədəlov, Nurlan Əhmədzadə
Dördüncü hakim: Rəsul Babayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Sarı vərəqələr: Pərviz Azadov, 29 (qeyri-idman hərəkəti); Sabir Əlişan, 83 (qeyri-idman hərəkəti) // Əli Məmmədli, 29 (qeyri-idman hərəkəti); Valeh Seyidov, 29 (qeyri-idman hərəkəti); Əlisa İsayev, 32 (qeyri-idman hərəkəti); Aydın İsxanzadə, 66 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.

“Şimal”: 12. Ağaseyid Qasımov 18. Tural Cəlilov (k) 10. Elmar Yəhyabəyov 5. İqrar Səmədov 9. Şahlar Sədiyev (11. Mirzə Bayrampur, 82) 14. Sabir Əlişan 16. Amil Məmmədov (44. Tofiq Nəsibov, 46) 27. Pərviz Azadov 8. Pirverdi Seyidov (6. Məhəmməd Ağayev, 82) 77. Ceyhun Kəlbəliyev (13. Qeybulla Kaçayev, 66) 25. Tərlan Vəlimətov
Ehtiyat oyunçular: 1. Natiq Daşdəmirli 7. Emin Əsəkərov 17. Cavad Hacıyev 4. Ülvi Zeynalov 15. Elmar Babayev 19. Şükür Ağabəyov 22. İbrahim İmamhüseynov
Baş məşqçi: Rəcəb Mahmudov

“Dinamo”: 1. İbrahim Bağırov 6. Ramal Əhmədov 11. Şahin Əliyev(88. Aqil Hüseynzadə, 69) 3. Nicat Əskərov20. Valeh Seyidov (k) 14. Əlisa İsayev 10. Ziya Məmmədli 19. Əlibala Ağayev 18. Aydın İsxanzadə 17. Fizuli Dəmirov (15. Tərlan Veysəlli, 63) 44. Əli Məmmədli (4. Qürbət Əhmədov, 74)
Ehtiyat oyunçular: 12. Elmin Qaçaylı 7. Əkbər Səfərzadə 22. Fərid Quliyev 5. Cavid Məmmədov

Baş məşqçi: İsmayıl Vəkiliqazicahani

Seçilən
29
sportinfo.az

1Mənbələr