AZ

Burkina-Faso transmilli korporasiyaların lisenziyalarını ləğv edir

Burkina-Faso

Bakı, 13 oktyabr, AZƏRTAC

İyulda mədənçiliklə bağlı qanunvericiliyə dəyişiklik edildikdən sonra, Burkina-Fasoda transmilli korporasiyaların lisenziyalarının ləğvinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə keçid dövrünün prezidenti İbrahim Traore yerli radio ilə çıxışında bildirib.

“Başa düşmürəm ki, nə üçün qızılı özümüz hasil edə bildiyimiz halda bunu transmilli korporasiyalara həvalə etmişik. Bu səbəbdən biz lisenziyaları ləğv edirik. Mədənlərin istismarı ilə özümüz məşğul olacağıq” – deyə kapitan Traore vurğulayıb.

Dövlət başçısı konkret ad çəkməsə də, Qərb mediası ölkədə mədənçilik fəaliyyəti ilə əsasən Kanada, Britaniya və Avstraliya şirkətlərinin məşğul olduğunu yazır. Hökumətin başlıca hədəfi qızıl hasil edən şirkətlərdir. Ölkədə sənaye üsulu ilə istismar edilən 13 böyük yataqdan hər il 50 tondan çox qızıl hasil edilir. Burkina-Faso qızıl hasilatına görə Afrikada dördüncüdür.

Dövlət başçısının çıxışı efirə getdikdən sonra şirkətlərin birjalardakı səhmləri ucuzlaşıb.

Seçilən
45
1
azertag.az

2Mənbələr