Dortmund "Borussiya"sının sabiq müdafiəçisi Kevin Qrosskroyts komandanın keçmiş baş məşqçisi Yurgen Klop haqda maraqlı fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, O, "The Mirror"a alman mütəxəssisin "Red Bull" futbol əməliyyatlarının qlobal rəhbəri vəzifəsinə təyin edilməsinə münasibətini bildirib:

"Bir futbol azarkeşi kimi düşünürəm ki, bu bərbad bir işdir. Görüşəndə mən yenə də ona bunun axmaq qərar olduğunu düşündüyümü şəxsən deyəcəyəm”.

Qeyd edək ki, Yurgen Klopp daha öncə "Liverpul"da, Dortmund "Borussiya"sında və "Maynts"da baş məşqçi vəzifəsini icra edib.