AZ

İrqçi davranışına görə FİFA-dan ağır cəza aldı

Marko Kurto bir müddət “Komo”ya kömək edə bilməyəcək.

FİFA İtaliya klubunun futbolçusuna sərt cəza tətbiq edib.
Buna iyulun 15-də “Komo” ilə “Vulverhempton” arasında keçirilən yoxlama oyununda baş verən insident səbəb olub.

Kurto oyunun gedişində rəqibin koreyalı oyunçusu Hvan Hi Çanı məşhur aktyor Ceki Çana bənzədib. O, komanda yoldaşına Hvan barədə “ona fikir vermə, özünü Ceki Çan zənn edir” deyib. Bu isə İngiltərə klubunun oyunçularının hiddətinə səbəb olub. Nəticədə meydanda qarşıdurma baş verib.

“Vulverhempton”un oyunçusu Daniel Podense italiyalı həmkarını vurub və bu hərəkətinə görə meydandan qovulub.

“Sky Sport”un məlumatına görə, FİFA italiyalı futbolçunun bu davranışını iqrçilik kimi qiymətləndirib. Ali futbol qurumunun Nizam-İntizam Komitəsi Kurto barədə 10 oyunluq cəza qərarı verilib. Cəzanın yarısı 2 il sınaq müddəti ilə şərti xarakter daşıyır. Marko həmçinin FİFA tərəfindən müəyyən edilmiş kurslarda iştirak edəcək və ictimai faydalı fəaliyyətlə məşğul olacaq.

Seçilən
17
football-plus.az

1Mənbələr