AZ

Çinin Dövlət Şurasının Baş naziri Pakistana səfər edəcək

Bakı. Trend:

Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Tsyanoktyabrın 14-də Pakistana rəsmi səfər həyata keçirəcək.

Trend-in verdiyixəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsminümayəndəsi Mao Nin məlumat verib.

Məlumatda qeyd olunub ki, Li Tsyan Pakistanın Baş naziri ŞahbazŞərifin dəvəti ilə İslamabadda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT)üzv ölkələrin Hökumət Başçıları Şurasının 23-cü iclasında iştirakedəcək.

Səfərin üç gün davam edəcəyi bildirilir.

Həmçinin, qeyd edək ki, 2024-cü ilin iyulunda Azərbaycan ŞƏT-dəstatusunun dəyişdirilməsi - dialoq üzrə tərəfdaşdan müşahidəçiölkəyə çevrilməsi üçün müraciət edib.

Seçilən
40
2
az.trend.az

3Mənbələr