AZ

Çinin Dövlət Şurasının Baş naziri Pakistana səfər edəcək

Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Tsyan oktyabrın 14-də Pakistana rəsmi səfər həyata keçirəcək.

Day.Az-ın verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin məlumat verib.

Məlumatda qeyd olunub ki, Li Tsyan Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə İslamabadda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Hökumət Başçıları Şurasının 23-cü iclasında iştirak edəcək.

Səfərin üç gün davam edəcəyi bildirilir.

Həmçinin, qeyd edək ki, 2024-cü ilin iyulunda Azərbaycan ŞƏT-də statusunun dəyişdirilməsi - dialoq üzrə tərəfdaşdan müşahidəçi ölkəyə çevrilməsi üçün müraciət edib.

Seçilən
20
2
day.az

3Mənbələr