AZ

Elnur Məmmədli: "Hidayət və Zelim gənclər üçün yeni örnəkdir"

"Hidayət və Zelim kimi çempionlar ölkəmiz və federasiyamız üçün böyük fəxrdir".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli deyib.

O, Abu-Dabidə keçirilən "Böyük Dəbilqə"də Beynəlxalq Cüdo Federasiyasının (İJF) diqqət mərkəzinə düşüb. Məmmədli verdiyi açıqlamada Pekin-2008 Olimpiadasında qələbə qazandıqdan sonra gənclərə örnək olduğunu bildirib: "Hidayət Heydərov və Zelim Kotsoyev bizim yeni qəhrəmanlardır. 2008-ci ildə Pekin Olimpiadasında qələbə qazandıqdan sonra gənclərə yeni örnək simaların olması vacib idi. Bunun nə olduğunu dəqiq bilirəm və yeni çempionları bu istiqamətdə dəstəkləmək məni xoşbəxt edir".

İdman.biz

Seçilən
23
idman.biz

1Mənbələr