AZ

Podolyak Ermənistanın hazırkı siyasi xəttini dəstəkləyib

Ermənistan düz yoldadır.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak yerli \"Analitika UA” xəbər saytına müsahibəsində deyib.
 
Onun sözlərinə görə, Ermənistan, ətrafında yaranmış çətinliklərin öhdəsindən gələcək.

Ermənistanın Baltik-Qara dəniz müdafiə alyansında iştirakının mümkünlüyü ilə bağlı sualı cavablandıran Podolyak ümid etdiyini bildirib ki, alyansın qapıları açıq olacaq, hüquqi və nəqliyyat məsələlərinin həlli üçün formullar axtarılmalıdır:

\"Erməni siyasətçilə dialoq aparmalıdır”, - Podolyak qeyd edib və onun fikrincə, Ermənistan düz yoldadır.

Mixail Podolyak əlavə edib ki, Ermənistanın mövqeyində aydın şəkildə görünən strategiya - NATO ölkələri olan Böyük Britaniya, ABŞ, Fransa ilə davam etdirilən intensiv dialoqdur.
 
///APA 
Seçilən
255
20
azxeber.com

10Mənbələr