AZ

Bakının bəzi küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

Oktyabrın 19-da gün ərzində və 19-dan 20-nə keçən gecə COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb.

Qeyd edilib ki, bu məqsədlə bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Məlumatda, həmçinin bildirilib: "Hərəkət iştirakçılarından xahiş edirik ki, monitorinq müddətində yollarda tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək. Daha ətraflı məlumat yaxın zamanda veriləcək".

Seçilən
86
45
yeniazerbaycan.com

10Mənbələr