AZ

Red Bull-da böhran: Əməkdaşlar daha yüksək maaş üçün komandanı tərk edirlər

F-1.az xatırladır ki, komandanın başçısı Kristian Horner dəfələrlə qürurla qeyd edib ki, Red Bull Powertrains-in ştatında 200-dən çox keçmiş Mercedes mühəndisi çalışır.

Lakin rəqiblər Red Bull-a qarşı oxşar yanaşmadan istifadə etməyə başlayanda Helmut Marko etiraz edib. ORF-yə müsahibəsində o bildirib ki, digər komandalar Red Bull-un bəzi əməkdaşları ilə müqavilə imzalamaq məqsədilə onların maaşını ikiqat artırmağı təklif edirlər.

Helmut Marko: “Əgər siz daim qələbə qazanırsınızsa, rəqiblər komandanızın əməkdaşlarını ələ keçirmək istəyirlər. Bu, Formula1 üçün normaldır. Lakin təklif olunan məbləğlər məni təəccübləndirir. Hamımız büdcə məhdudiyyətləri çərçivəsində fəaliyyət göstəririk, lakin bizim əməkdaşlara bizdən iki dəfə çox pul və daha yüksək vəzifələr təklif olunur.

Biz hamını saxlaya bilmirik, hətta Ədrian Nyui ilə 17 il və Conatan Vitli ilə 19 ildən sonra belə. Onlar komandamızın vacib hissəsi, uğurumuzun bir parçası idilər. Belə insanların getməsi həmişə ağrılı olur. Ancaq bütün məsələ pulda və karyera imkanlarındadır. Əgər siz bunu öz komandanızda təklif edə bilmirsinizsə, kənardan həmişə təkliflər olacaq”.

Seçilən
104
f-1.az

1Mənbələr