AZ

Toyota Formula1 üçün güc qurğusu hazırlamayacaq

F-1.az xəbər verir ki, təqdimatdan sonra keçirilən mətbuat konfransında Toyota Gazoo Racing layihəsinin rəhbəri Masaya Kaijiyə şirkətin Formula1 üçün öz mühərrikini yaratmaq planının olub-olmadığı ilə bağlı sual verilib.

Kaiji cavabında deyib: “Hazırda güc qurğuları təchizatçısı olmaq planımız yoxdur. Bundan əlavə, Formula1-də öz komandamızı yaratmaq planımız da yoxdur. Bizim üçün ən yaxşı variant və ən yaxşı seçim Haas ilə əməkdaşlıqdır”.

Qeyd edək ki, Toyota-nın zavod komandası 2002-2009-cu illərdə Formula1-də iştirak edib. Bu müddət ərzində komandanın pilotları 13 dəfə podiuma qalxsalar da, heç bir qələbə qazana bilməyiblər. Toyota şirkəti dünyanın ən böyük avtomobil istehsalçılarından biridir və onların Formula1-ə qayıtmaq ehtimalı həmişə müzakirə mövzusu olub. Lakin bu açıqlama ilə Toyota-nın yaxın gələcəkdə birbaşa iştirak etmək niyyətində olmadığı, bunun əvəzinə Haas kimi komandalarla əməkdaşlığa üstünlük verdiyi ortaya çıxıb.

Seçilən
75
f-1.az

1Mənbələr