Danimarka millisinin futbolçusu Viktor Kristensen ispaniyalı vinger Lamin Yamala qarşı bilərəkdən aqressiv oynadığını bildirib.
QOL.az xəbər verir ki, o, Danimarka mətbuatına açıqlamasında deyib: “Əgər biraz ziyan verərək yaxşı matç keçirmək şansı varsa, bundan istifadə etmək lazımdır”.
Qeyd edək ki, Lamin Yamal İspaniya – Danimarka matçından sonra (1:0) ayağında narahatlıq hiss edib. O, zədə riskini azaltmaq üçün millinin düşərgəsini tərk edib.