AZ

Peresin karyerası təhlükədə: Red Bull gələcək üçün plan qurur

F-1.az xəbər verir ki, Marko qeyd edib ki, mövsümün qalan yarışları komandalarının gələn mövsüm tərkibinin necə görünəcəyini müəyyənləşdirəcək. Marko, həmçinin “Maksın yanında gənc bir sürücünü təsəvvür edə bilərəm”, – deyə əlavə edib.

Red Bull Liam Louson və Yuki Tsunodanı müqayisə etməyə qərar verib. Onların ixtiyarında eyni maşınlar, eyni şərtlər var və hansının daha yaxşı olduğunu sübut etmək üçün altı yarış imkanları olacaq. Bu yarışlar Red Bullun gələcək planlarında əhəmiyyətli rol oynayacaq.

Yuki Tsunoda 2020-ci ildə Formula2-də çıxış edərək 3-cü yeri tutub və 2021-ci ildə AlphaTauri ilə Formula1-də debüt edib. O, Yaponiyanı təmsil edən ilk sürücü olmaqla yanaşı, ölkəsinin Formula1 tarixində ən uğurlu sürücüsüdür. Əgər Tsunoda Red Bull-a keçsə, Yaponiyanın ilk qələbə qazanan sürücü olmaq şansı artacaq.

Seçilən
116
f-1.az

1Mənbələr