AZ

Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR

12 noyabr 2024-cü il tarixində saat 14:00-da "Salyan Nəqliyyat" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Salyan rayonu, Aşağı Noxudlu kəndi ünvanında baş tutacaq.

Növbədənkənar Ümumi Yığıncağın gündəliyində aşağıdakı məsələlər müzakirə olunacaq:

–"Salyan Nəqliyyat" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi;

–"Salyan Nəqliyyat" Açıq Səhmdar Cəmiyyətinin təsviyyəçisinin (ləğvedicisinin) təyin edilməsi.

Seçilən
43
fed.az

1Mənbələr