AZ

Hücum siqnalı gəldi - Rusiya dərhal təyyarə göndərdi

Sosial şəbəkələrdə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus An-30 kəşfiyyat təyyarəsinin Suriya səmasında uçuşunu əks etdirən video yayılıb.

Teleqraf.com xəbər verir ki, görüntülər Hələbin qərbində, İdlib şəhəri ərazisində qeydə alınıb.

Təyyarə suriyalı müxaliflərin Hələb istiqamətində mümkün hücumu barədə xəbərlər fonunda növbəti uçuşunu həyata keçirib. Bundan məlum olur ki, Rusiya müasir dövrdə uçuşu sürpriz olan An-30 kimi nadir tipli kəşfiyyat təyyarələrindən istifadəni davam etdirir.

Rusiya Hərbi Hava Qüvvələrində yalnız dörd An-30 təyyarəsi xidmətdədir, əlliyə yaxın da Su-24MR kəşfiyyat təyyarəsi var. Yayda Suriya üzərində uçuşlar zamanı Qərb ölkələrinin təyyarələrinin Rusiyanın An-30 təyyarələri ilə təhlükəli yaxınlaşması barədə məlumat verilmişdi, indi təyyarəni çəkmək mümkün olub.

Bundan əvvəl Rusiyanın An-30 kəşfiyyat təyyarəsi Danimarka və İsveçin hava sərhədlərini pozmuşdu. Bundan sonra ölkələrin xarici işlər nazirlikləri Rusiyanın Kopenhagen və Stokholmdakı səfirlərini çağırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
32
teleqraf.com

1Mənbələr