AZ

Üzgüçülərimiz Mingəçevirdə hazırlıqda - FOTO

Üzgüçülük üzrə Azərbaycan yığması Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışını davam etdirir.

İdman.biz xəbər verir ki, oktyabrın 10-dan start götürən hazırlığa 16 idmançı qatılıb.

Komanda gündə iki dəfə olmaqla məşqləri davam etdirir. Yığma komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov federasiyanın rəsmi saytına bildirib ki, toplanış qarşıdakı yarışlara hazırlıq xarakteri daşıyır: “Üzgüçülərimiz oktyabrın 23-31-də Bəhreyndə keçiriləcək Ümumdünya məktəb şagirdləri arasında gimnaziyada gücünü sınayacaq. Bundan başqa, hazırlıqlar noyabrın 27-30-da Bakıda, Su İdman Sarayında Azərbaycan açıq qış çempionatında, dekabrda isə Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır”.

Baş məşqçinin sözlərin görə, Gimnaziyada ölkəmizi Anastasiya Boborikina, Timur Beker, Süleyman İsmayılzadə, Orxan Əliyev və Oqtay Hüseynov təmsil edəcək.

Qeyd edək ki, Mingəçevirdəki məşqlər oktyabrın 25-də yekunlaşacaq.

İdman.biz

Seçilən
69
idman.biz

1Mənbələr