SpaceX tərəfindən buraxılan Starship raketinin gücləndiricisi beşinci sınaq uçuşunu uğurla yerinə yetirib.
Turkustan.az xəbər verir ki, təxminən 121 metr uzunluğundakı "Starship" raketinin beşinci sınaq uçuşu SpaceX-in saytında canlı yayımlanıb.
Yerli vaxtla 07.25 radələrində Texas yaxınlığındakı buraxılış yerindən havaya qalxan raketin gücləndiricisi havaya qalxdıqdan təxminən 7 dəqiqə sonra geri qayıdıb.
Geri qayıdan gücləndirici “çubuqlar” adlı iki qolun köməyi ilə buraxılış qülləsinin işə salındığı əraziyə uğurla enib.
Başlanğıcdan sonra Mask X sosial media hesabında belə bir açıqlama verdi: “Bu gün çox planetli həyat üçün böyük bir addım atıldı”.
SpaceX-in sahibi Mask 2 il ərzində Marsa ekipajsız 5 fərqli Starship raketi buraxmağı planlaşdırır.
Eltac Zülfüqaroğlu/Turkustan.az