AZ

Harris: Tramp öz psixi vəziyyəti ilə bağlı məlumatları gizlədir

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp səhhəti ilə bağlı tam hesabat açıqlamayıb...

Poliqon NBC News telekanalına istinadən xəbər verir ki, bu barədə onun demokrat rəqibi Kamala Harris çıxış edib.

Harris hesab edir ki, Trampın bu addımıonun zəif və əqli cəhətdən qeyri-sabit görünmək qorxusunu əks etdirir.

“Trampın komandası niyə onun psixi vəziyyətini gizlətməyə çalışır? Bu tə sizi təəccübləndirmir? Həqiqətən də təəccüblüdür. Çünki Trampın komandası qorxur ki, insanlar onun ABŞ-a rəhbərlik etmək üçün çox zəif və əqli cəhətdən qeyri-sabit olduğunu biləcəklər”, deyə Harris Trampın komandasına sual edib.

Harris həmçinin qeyd edib ki, Tramp seçicilərlə qarşı şəffaf deyil, çünki o, sağlamlığı və siyasi planları ilə bağlı mühüm detalları hələ açıqlamayıb.

“Buna görə isə amerikalılar seçkidə məlumatlı qərarlar qəbul etməkdən məhrum olurlar”, deyə vitse-prezident vurğulayıb.

Qeyd edək ki, oktyabrın 3-də The New York Times yazıb ki, Donald Trampın səhhəti onun kampaniyasının cavab vermək istəmədiyi suallar doğurur. Məqalənin müəlliflərinin fikrincə, qalib gələrsə, respublikaçı “narahatlıq üçün bir sıra potensial səbəblər”lə vəzifəsinin icrasına başlayacaq.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr