NATO ölkələri bu gün illik "Steadfast Noon" nüvə təlimlərinə başlayıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı (NATO) bildirib.
İki həftə davam edəcək təlimdə ABŞ-nin nüvə silahı daşıya bilən 60-dan çox döyüş təyyarəsi iştirak edəcək. Onlar Qərbi Avropa üzərində uçacaqlar.
“Steadfast Noon” təliminə 2 min hərbçi, qırıcı, tanker, kəşfiyyat və elektron döyüş təyyarələri cəlb olunacaq. Uçuşlar NATO-nun səkkiz aviabazasından həyata keçiriləcək.
Onlar Belçika, Hollandiya, Danimarka, Böyük Britaniya və Şimal dənizi üzərində həyata keçiriləcək.
Gözəl Həşimova