AZ

İsrail: Hizbullahın PUA hücumu nəticəsində "ölən və yaralananlar var"

İsrailin şimalında pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində 4 hərbçi ölüb, azı 60 əsgər yaralanıb, İsrail rəsmiləri bildirib.

İsraildə könüllü təcili yardım təşkilatı United Hatzalah-ın açıqlamasına görə, yaralıların vəziyyəti orta ağırdır. Onlar təcili yardım və helikopterlərlə bölgədəki 5 xəstəxanaya aparılıb.

Binyamina bölgəsindəki hücuma görə Hizbullah məsuliyyəti öz üzərinə götürüb. Silahlı qrup bildirib ki, İsrail ordusunun Hayfa və Təl-Əvivdə yerləşən Qolani briqadasına aid təlim düşərgəsini hədəf alıb.

İsrail mediası hücumun dəniz üzərindən həyata keçirildiyini yazıb.

Rəsmilər PUA-ların müdafiə sistemindən necə yayına bildiklərini araşdıracaqlarını bildiriblər.

İsrail üç səviyyəli müdafiə sistemi ilə qorunur.

Ən uzaq məsafəli təhlükələr "Arrow" sistemi, orta mənzilli təhlükələr "David's Sling" sistemi, ən yaxın təhlükələr isə "Dəmir günbəz" sistemi ilə zərərsizləşdirilir.

Oktyabrın 1-də İran 200-dən artıq raketlə İsrailə hücum edəndə, demək olar ki, hamısının qarşısı alınıb.

UN

Şəklin mənbəyi, EPA

Seçilən
12
bbc.com

1Mənbələr