AZ

İsrailin hücumları qəbuledilməzdir - İtaliyanın baş naziri

İtaliyanın baş naziri Giorgia Meloni israilli həmkarı Benyamin Netanyahuya Tel-Əvivin Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülh Qüvvələrinin əsgərlərinə hücumunun “qəbuledilməz” olduğunu deyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni Livanda BMT-nin Sülh Qüvvələrinin əsgərlərinə hücumla əlaqədar İsrailin baş naziri Benyamin Netanyahuya zəng edib.

İtaliya hökumətindən verilən açıqlamada bildirilib: "Baş nazir Meloni, Livandakı Müvəqqəti Sülh Qüvvələrinin İsrail silahlı qüvvələri tərəfindən hücuma məruz qalmasının qəbuledilməz olduğunu təkrarlayıb və missiyanın BMT Təhlükəsizlik Şurasının səlahiyyətləri çərçivəsində hərəkət etdiyini xatırladıb".

Bəyanatda həmçinin qeyd olunub ki, Meloni İtaliyanın BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam şəkildə yerinə yetirilməsi vasitəsilə İsrail-Livan sərhədinin sabitləşməsinə töhfə verə biləcəyi və köçkünlərin öz evlərinə qayıtmasına zəmanət verə biləcəyinə dair öhdəliklərini yada salıb.

Seçilən
35
1
sia.az

2Mənbələr