AZ

“Oxumaq qazandırır” – tələbələr yeni kitab layihəsi ilə tanış olublar

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatı və OENVA MMC tələbələr üçün “Oxumaq qazandırır” layihəsini təqdim ediblər.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində iştirakçılara əvvəlcədən seçilmiş kitabları oxuyub içərisində gizlədilmiş xüsusi şifrləri tapmaq tələb olunub. Şifri düzgün tapan tələbələrə müxtəlif mükafatlar verilib.

Qeyd edək ki, layihə tələbələr arasında oxuma mədəniyyətinin təşviqi məqsədilə həyata keçirilir. Layihənin təşkilatçıları bu cür interaktiv və motivasiyaedici tədbirlərin, gənclərin daha çox kitab oxumağa yönəldilməsində mühüm rol oynayacağına inandıqlarını bildiriblər.

Seçilən
75
azertag.az

1Mənbələr