Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi nümayəndəsi David O\'Sullivan noyabrın 28-də Qazaxıstana rəsmi səfər edəcək.
Bu barədə Aİ-nin Qazaxıstandakı nümayəndəliyindən bildirilib.
Onun səfər zamanı bir sıra görüşlər keçirməsi gözlənilir.
Bu, onun Qazaxıstana ikinci səfəridir.
D. O\'Sullivan ilk dəfə 7 ay əvvəl, bu ilin aprel ayında Qazaxıstanda olub.