Azərbaycanın stolüstü tennisçiləri böyüklər arasında şəxsi Avropa çempionatında iştirak edəcəklər.
Sportnet.az xəbər verir ki, milli komanda bu məqsədlə Avstriyaya yollanıb. Lints şəhərində təşkil olunacaq yarışda baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nihat Məmmədov və Hilal Həsənov qələbə uğrunda mübarizə aparacaq.
Sabah start götürəcək Avropa çempionatına oktyabrın 20-də yekun vurulacaq.