Oktyabrın 13-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu sessiyasında iştirak etmək üçün Cenevrəyə işgüzar səfərə gedib.
Qafarovanın sessiyada çıxışı planlaşdırılır, Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Səfər çərçivəsində Qafarova xarici ölkələrin parlament nümayəndə heyətlərinin rəhbərləri, həmçinin digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirəcək.
Bundan əvvəl erməni tərəfi Parlamentlərarası İttifaqın 149-cu sessiyası çərçivəsində Ermənistan və Azərbaycan parlament spikerlərinin görüşünü anons edib.
Hələlik Azərbaycan belə görüşün mümkünlüyü barədə məlumat verməyib.
Sahibə Qafarova Ermənistan Milli Məclisinin spikeri Alen Simonyanla iki dəfə görüşüb. Ancaq bu görüşlər daha çox formal xarakter daşıyıb və hər hansı qərar qəbul edilməyib.