AZ

Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Türkiyənin Faktor TV kanalına MÜSAHİBƏ VERDİ

Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Rusiyanın Ermənistandan tamamilə çıxarılması və avropalı müşahidəçilərin məxfi məqsədləri barədə danışıb.

İnterpress.az xəbər verir ki, Türkiyənin Faktor TV kanalında Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanla müsahibə yayılıb.

Müsahibənin əvvəlində o, Rusiyanın sərhədlərdən çəkilməsinin Ermənistanın müdafiə qabiliyyətinin artırılması ilə bağlı olduğunu izah edib.

Onun sözlərinə görə, Rusiya ilə ilkin razılaşma olub. Əgər Ermənistan öz sərhədlərini təkbaşına qoruya bilsə, o zaman rus əsgərləri geri çəkiləcək.

O, daha sonra qeyd edib ki, Ermənistanın təhlükəsizliyini artırmağa davam edəcək, bu isə Rusiya ordusunun daha da geri çəkilməsini nəzərdə tutur.

Qriqoryanın müsahibəsində “Tehranda avropalı müşahidəçilərin missiyası haqqında mümkün qədər çox məlumat var” ifadəsi yarıda kəsilib.

Aydındır ki, Qriqoryan Aİ-nin bütün məqsədləri barədə İrana danışdığını deməklə çox səhv edib. Lakin sonra sözlərinin mənasını başa düşərək, İrana ötürülən məlumatların məqsədəuyğun olduğunu qeyd edərək, özünü korrektə edib.

Ehtimal etmək olar ki, Qriqoryan İranı “satmaqla” ağır vəziyyətə düşüb və sonrakı çıxışına nəzarəti itirməyə başlayıb, ona görə də fikirləri montaj edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
84
interpress.az

1Mənbələr