AZ

General Mark Milli: Tramp faşistdir, ABŞ üçün ən təhlükəli insandır...

ABŞ prezidentliyinə namizəd Donald Tramp bu ölkə üçün ən təhlükəli insandır...

Poliqon The Washington Post qəzetinə istinadən xəbər verir ki, belə bir bəyanatla Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş rəhbəri, general Mark Milli çıxış edib.

Milli xəbərdarlıq edib ki, Tramp faşistdir və buna görə də onun ABŞ prezidenti seçilmək perspektivindən narahatdır.

"Heç kim bu ölkə üçün Donald Trampdan daha təhlükəli olmayıb. İndi onun total faşist olduğunu başa düşürəm. O, bu ölkə üçün ən təhlükəli insandır", deyə Millli bildirib.

Mark Milli əlavə edib ki, o, görəcəyi işin yeriyən, danışan reklamıdır.

"O, yeriyən, nə edəcəyinin reklamıdır" dedi Milley.

Qeyd edək ki, Mark Milli bir ildən çox müddətə Donald Trampın rəhbərliyi altında Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsində çalışıb və prezident Co Bayden dövründə də bu vəzifəni davam etdirib.

2023-cü ildə təqaüdə çıxan Mark Milli sərt çıxışında Tramp haqqında deyib: "Biz krala və ya kraliçaya, tirana, diktatora və ya diktatorun varisinə and içmirik".

Mark Milli daha sonra daimi ölüm təhdidləri aldığını bildidibibunu Trampın siyasi ritorikası və güman edilən düşmənlərinə qarşı intiqam almağa qərarlı olması ilə əlaqələndirib.

Poliqon.info

Seçilən
45
poliqon.info

1Mənbələr