AZ

“Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” keçiriləcək – Daşkənddə

“Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Daşkənddə Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu keçirəcək.

İqlim Forumu oktyabrın 17-də Özbəkistanda Əlişir Nəvai adına Daşkənd Özbək dili və Ədəbiyyatı Universitetində öz işinə başlayacaq. Forum öz işini bir gün sonra yaşıl dünya naminə sərgi ilə davam etdirəcək.
Forumda Özbəkistandan və Azərbaycandan dövlət xadimləri, millət vəkilləri, ictimaiyyət təmsilçiləri, media nümayəndələri və gənclərin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutacaq tədbir “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyi və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.

Seçilən
45
9
yenicag.az

10Mənbələr