AZ

Bakıda aksizsiz siqaretlər satılır (FOTO)

Son günlər paytaxtda yerləşən mağazalarda aksiz nişanı olmayan siqaretlərin satılması müşahidə olunur.

Milli.Az-ın əldə etdiyi məlumata görə,  aksiz nişanı olmayan siqaretlərə müxtəlif mağazalarda rast gəlmək olur. 

Satıcıların sözlərinə görə siqaretlər bu formada firma tərəfindən verilir. Aksiz nişanı blokların üzərində göstərilsə də, tək-tək qutuların üzərində göstərilmir.

Məlumata görə, bir neçə marka siqaretləri çıxmaqla, əksər markalar siqaretlərin qutuları üzərindən aksiz nişanları yığışdırılıb.

Məqaləyə dair fotomateriallar:

Seçilən
45
milli.az

1Mənbələr