AZ

İngiltərəli futbolçu zorlamaya görə həbs edildi

İngiltərə klublarından birinin keçmiş futbolçusu zorlamada ittiham olunur.

İdmanxeber.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, artıq  20 yaşlı idmançı saxlanılıb. Hüquqi məsələlərə görə onun adı hələ açıqlanmayıb. Qeyd olunur ki, futbolçu çərşənbə günü, oktyabrın 9-da London otellərindən birində həbs edilsə də, tezliklə zaminə buraxılıb.

Bir gün əvvəl o, barda bir qızla tanış olub, ondan sonra otelə gediblər. Ertəsi gün qız cinsi təcavüzə məruz qaldığını bildirib.

Futbolçu isə ittihamları rədd edir. Artıq ondan DNT tamponu və barmaq izləri götürülüb.

Seçilən
51
idmanxeber.az

1Mənbələr