UEFA Millətlər Liqasının B Divizionunun IV turunda bu gün keçirilməli olan İslandiya – Türkiyə matçı əlverişsiz hava şəraitinə görə təxirə salına bilər.
Sportnet.az xəbər verir ki, oyunun reallaşacağı “Lauqardalsvöllur” stadionunun ot örtüyünün qarşılaşmanın startına qədər buz tutma ehtimalı var.
Arena ilə bağlı son qərarı UEFA nümayəndələri verəcəklər.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:45-də start götürməlidir.