AZ

Lamin Yamalın İspaniya millisinin düşərgəsini tərk etməsinin SƏBƏBİ

İspaniya milli komandası UEFA Millətlər Liqasında Serbiya ilə oyunöncəsi ciddi itki ilə üzləşib. Milli komanda aparıcı futbolçusu Lamin Yamalı itirib.

Oxu.Az xəbər verir ki, "Barselona"nın oyunçusu Danimarkaya qarşı matçda zədələnib.

İspaniya Futbol Federasiyası (RFEF) Yamalın maqnit rezonans müayinəsindən keçdiyini açıqlayıb.

Onun zədəsinin ciddi olmadığı, amma daha da ağırlaşmaması üçün risk edilməyəcək. Bu səbəbdən də Yamal millinin düşərgəsini tərk edib.

Qeyd edək ki, İspaniya - Serbiya matçı sabah saat 22:45-də keçiriləcək.

Mənbə: oxu.az

Seçilən
14
2
oxu.az

3Mənbələr