Kremlin sözcüsü Dmitri Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Bakupost.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin Rusiya, Çin və Şimali Koreya ilə nüvə silahlarının azaldılması ilə bağlı qeyd-şərtsiz danışıqlar aparmağa hazır olduğu barədə açıqlamasını dəyərləndirən Peskov, “Bu, ABŞ, İngiltərə və Fransa kimi nüvə güclərinin dolayısı ilə olduğu bir dövrdür. Rusiya hesab edir ki, bu cür danışıqlar zəruridir və bu danışıqları dayandırmaq olmaz" - deyə, qeyd edib.
Peskov, bununla belə, ABŞ ilə kosmos sahəsində qarşılıqlı əlaqəni davam etdirdiklərini söylədi.
Rusiyanın gələcəkdə NATO ölkələrinə hücum edəcəyi ilə bağlı iddiaları dəyərləndirən Peskov Rusiyanın öz təhlükəsizliyini təmin etdiyini və bunun üçün lazımi potensiala malik olduğunu bildirib:
"Rusiya heç vaxt hərbi infrastrukturu ilə NATO-ya doğru irəliləməyib. Bunun əksi bir prosesdir. Biz NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsinin bütün mərhələlərini və hərbi infrastrukturunun gücləndirilməsi istiqamətində atdığı bütün addımları bilirik. Kimin kimə təhlükə yaratdığı hamıya məlumdur" .
Oktyabrın 20-də Moldovada keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına Rusiyanın müdaxiləsi ilə bağlı ittihamlara gəlincə, Peskov "Biz bu məsələ ilə bağlı ittihamları qəti şəkildə rədd edirik. Başqa ölkələrin daxili işlərinə qarışmırıq" deyib.
Cavidan, BakuPost