AZ

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 4 medal qazanıblar

Oktyabrın 8-dən 13-dək Xorvatiyanın Poreç şəhərində veteran güləşçilərin dünya çempionatı keçirilib.

Mundialda Azərbaycanın 4 təmsilçisi fəxri kürsüyə qalxıb. A kateqoriyasında sərbəst güləş üzrə Cəlal Süleymanov (62 kiloqram) və Elçin Həsənov (70 kiloqram), yunan-Roma güləşi üzrə Elgiz Məmmədov (100 kiloqram) bürünc medal qazanıb. C kateqoriyasında isə sərbəst güləşdə Cəlal Abdulov (130 kiloqram) dünya üçüncüsü olub.

Mundialda III dərəcəli beynəlxalq hakim Kamran Baxışovla milli dərəcəli hakim Qədim Qurbanov ədaləti qoruyub. Baxışov II, Qurbanov isə III kateqoriyaya yüksəlmək üçün imtahan verib.

phrase_var_article.chosen
5
17
xalqqazeti.az

10phrase_var_article.sources