AZ

Livanın cənubunda Hizbullaha məxsus 800 metrlik bunker aşkarlanıb

Livanın cənubunda Hizbullaha məxsus 800 metrlik bunker aşkarlanıb

İsrail hərbçiləri Livanın cənubunda Hizbullahın Radvan xüsusi təyinatlı qüvvələrinin qərargahının yerləşdiyi və İsrailə hücumda istifadə üçün hazırlanmış silah, sursat və motosikletlərin saxlandığı 800 metr uzunluğunda yeraltı möhkəmləndirilmiş tikili aşkarlayıb. AFN.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb."Yeraltı obyektin içərisində ordu raketlər, minaatan mərmiləri, motosikletlər, uzunmüddətli yaşayış yerləri ilə təchiz edilib. Bunkerdə yemək və ləvazimatlarla təchiz olunmuş mətbəx də mövcuddur”, - deyə məlumatda bildirilir.Məlumatda Hizbullahın bu silah bunkerindən İsraildə Qalileyanın fəthi işğal planının bir hissəsi kimi istifadə etmək niyyətində olduğu qeyd edilir.

Seçilən
103
15
afn.az

10Mənbələr