AZ

“Barselona” Yamalın səhhəti haqda rəsmi bəyanat verdi

İspaniyanın “Barselona” klubu yeniyetmə cinah hücumçusu Lamin Yamalın zədələnməsi ilə bağlı rəsmi bəyanat yayıb.

Arena.az bu barədə Kataloniya təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

Lamin Yamala dizaltı vətərinin dartılması diaqnozu qoyulub. Yeniyetmə futbolçu bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Amma Yamalın sağalma və bərpa müddəti haqqında heç bir məlumat verilməyib.

Xatırladaq ki, Yamal UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində Danimarka yığmasına qarşı oyunda (1:0) zədələnib. Müayinə Yamalın həddindən artıq fiziki yüklənməsi mənzərəsində danimarkalı müdafiəçi Viktor Kristiansenin sərt oyunu nəticəsində zədələndiyi qənaətinə gəlib.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 11 oyuna 5 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 62 oyun, 12 qol və 14 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
19
2
arena.az

2Mənbələr