Millətlər Liqasının 4-cü turunda Azərbaycan Slovakiyaya uduzdu - 1:3.
Offsideplus.az xəbər verir ki, oyundan sonra Fernandu Santuş mətbuat konfransında çıxış etdi.
Mütəxəssis məğlubiyyəti belə şərh etdi:
"Ümumilikdə 68 dəqiqə yaxşı çıxış etdik. Bəxt amili rəqibin tərəfində oldu. Qırmızı vərəqəndən sonra üstünlük rəqibə keçdi. Bundan sonra oynamaq çətin idi. Rəqib bundan istifadə edərək qələbə qazandı".