AZ

“Toyota” “Formula-1”ə qayıtdı

“Formula-1” üzrə dünya çempionatında yarışan komandalardan “Haas” “Toyota” ilə texniki əməkdaşlığa başladığını elan edib.

Yaponiya şirkəti sövdələşmə çərçivəsində “Haas”ın rəsmi texniki tərəfdaşı olacaq və komanda ilə resurslarını bölüşəcək. “Toyota” həmçinin layihələndirmə, texniki xidmət və istehsal sahəsində xidmət göstərəcək. “Haas”ın rəhbəri Ayao Komatsu yeni sövdələşmə ilə bağlı bunları deyib:

“Haas” ilə “Toyota” bu tərəfdaşlıq çərçivəsində birləşdiyinə görə çox şadam. Özünün texniki və mühəndis yeniliklərini inkişaf etdirməyə çalışan avtomobil sənayesinin dünya çapındakı liderlərindən biri ilə əməkdaşlıq hər iki tərəf üçün faydalı nəticələrə gətirib çıxaracaq”.

“Toyota”nın loqotipu artıq oktyabrın 18-20-si aralığında keçiriləcək ABŞ “Qran-pri”sindən etibarən “Haas”ın formasında görünəcək.
phrase_var_article.chosen
35
football-plus.az

1phrase_var_article.sources