AZ

“Montella Türkiyəni çalışdırmağa layiq deyil”

Türkiyənin tanınmış mütəxəssislərindən olan Tolunay Kafkas Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montella haqda diqqətçəkən açıqlamalar verib.

56 yaşlı Kafkas italiyalının yığmanı çalışdırmağa layiq olmadığını bildirib:

“Düzdü, məşqçinin yerlisi, əcnəbisi olmur. Amma bu, klub futboluna aiddi. Yığmada isə yerli məşqçi çalışmalıdı və mən həmişə bunun tərəfdarı olmuşam. Cari Millətlər Liqasında Uelslə səfər matçında zəif təsir bağışladıq. Amma ikinci oyunda İslandiyaya qarşı əla futbol sərgilədik. Mən yığmamızın son AÇ-də əldə etdiyi nəticələrin şişirdilməsinin əleyhinəyəm. Komandamızın həmin turnirdəki nəticələri normal qarşılanmalıdı. Çünki çox yaxşı komandamız var. Bəlkə də tariximizin ən yaxşı komandalarından birinə malikik. Ona görə də Montellanın yığmanın başında uğurlu işlər görməsi barədə deyilənlərlə razı deyiləm. Belə fikir formalaşmasına qarşıyam. Montella, ümumiyyətlə, yığmamızı çalışdırmağa layiq deyil. Yığma komandanın məşqçiyə ehtiyacı olanda üç torba müəyyənləşdirilməlidi. Birinci torbada Fatih Terim, Şenol Günəş və Mustafa Dənizli kimi isimlər yer almalıdı. İkinci torbada orta yaşlı məşqçilər olmalıdı. Üçüncü torbada isə İlhan Palut, Fatih Təkkə, Çağdaş Atan kimi gənc nəslin nümayəndələri ola bilər. Montelladan öncə də zatən yığmamızı ikinci dərəcəli məşqçilərdən olan Ştefan Kunts çalışdırmışdı. Montellanın təyinatı, məsələn, Rza Çalımbay kimi bir yerli məşqçiyə münasibətdə haqsızlıqdı. İndi Mourinyo “Fənərbaxça”ya gəldi. Bir də gördün, onu da yığmanın başına gətirdilər”.
phrase_var_article.chosen
49
football-plus.az

1phrase_var_article.sources