AZ

MS və “Çelsi” premyer-liqadan kənarlaşdırıla bilər

Bir müddət əvvəl “Everton”un cəzalana biləcəyi ilə bağlı xəbər yayılmışdı. Artıq bu ehtimal rəsmən təsdiqini tapıb.

“Football-plus.az” xəbər verir ki, İngiltərə premyer-liqasında mübarizə aparan komandanın hesabından 10 xal çıxılıb. Bu barədə premyer-liqanın saytı məlumat yayıb. Bu sanksiyaya Liverpul klubunun 2021/22 mövsümündə maliyyə qaydalarını pozması səbəb olub. Nəticədə sanksiyaya qədər 14 xalla 14-cü yerdə olan “Everton”un 10 xalı silinib və komanda turnir cədvəlində 19-cu yerə enib. Təhqiqat nəticəsində klubun 2021/22 mövsümündə 125,4 milyon funt sterlinq zərərə uğradığı məlum olub. Premyer-Liqanın qaydalarına görə, bu məbləğ 105 milyon funt sterlinqdən çox olmamalıdı. Üstəlik, premyer-liqa klubları üçün 3 il müddətində maksimum zərərin məbləği 105 milyon funt sterlinq müəyyən edilib. Lakin “Everton”un 2018-2021-ci illərdə ümumilikdə 370 milyon funt sterlinq itirdiyi məlum olub. Amma Liverpul klubu qərarla razı deyil və sanksiyadan şikayət etməyi planlaşdırır.
Yeri gəlmişkən, Premyer-Liqanın “maliyyə feyr-pleyi” qaydalarını pozduğuna görə “Everton”u 10 xaldan məhrum etməsi qərarı “Mançester Siti” və “Çelsi”yə də təsir edə bilər. Bu barədə “Daily Mail” məlumat yayıb. Hər iki klub maliyyə qaydalarını pozmaqda təqsirli bilinərsə, premyer-liqadan kənarlaşdırılacaq. Xəbərdə həm də qeyd olunur ki, aşağı liqaya düşməkdən əlavə, “Çelsi” və MS yüksək liqada qazandığı titullarından məhrum edilə, komandaların xalları silinə və klublara müəyyən müddətdə transfer qadağası tətbiq oluna bilər. Bütün bunlar yalnız klubların “maliyyə feyr-pleyi” qaydalarını pozduğu sübuta yetirildiyi halda baş verəcək.

“Daily Mail”in məlumatına görə, “Siti”yə ötən mövsüm 100-dən çox maliyyə qaydasını pozması ilə bağlı ittiham irəli sürülüb və araşdırmanın nəticəsi hələ də gözlənilir. “Çelsi”nin yeni amerikalı həmsahibləri isə bu yaxınlarda Premyer-Liqa rəhbərliyi ilə əlaqə saxlayaraq quruma 2012-ci ildən 2019-cu ilə qədər olan dövrdə Roman Abramoviçin rəhbərliyi altında klubda əməliyyatların natamam maliyyə məlumatları ilə aparıldığını bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
352
football-plus.az

1Mənbələr